Ticarət obyektlərinə  qənim kəsilən   oğru tutuldu
01 dekabr 2021 13:55 (UTC +04:00)

Ticarət obyektlərinə qənim kəsilən oğru tutuldu

Qusarda silsilə oğurluqlar edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməklə zərərçəkmişlərə külli miqdarda ziyan vurmaqda şübhəli bilinən Qusar rayon sakini Dadaşbala Mürşüdov saxlanılıb. Onun rayon ərazisində müxtəlif ticarət obyektlərindən, evlərdən, mağazalardan pul, müxtəlif ərzaq məhsulları, külli miqdarda müxtəlif növ siqaretlər, energetik içkilər, qızıl-zinət əşyaları və bahalı velosiped oğurladığı müəyyən edilib.

Həmçinin, D.Mürşüdovun 2018-ci ildə həmkəndlisinin evindən də qızıl-zinət əşyaları və pul oğurladığı müəyyən edilib.

Faktla bağlı rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

# 1359
avatar

Mehman Nəbiyev

Oxşar yazılar