Tibb Universitetinin tələbəsi də Türkiyədə həlak oldu - FOTO
15 fevral 2023 17:01 (UTC +04:00)

Tibb Universitetinin tələbəsi də Türkiyədə həlak oldu - FOTO

0

Fevralın 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələdə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinin tələbəsi də həlak olub.

Bu barədə Lent.az-a Universitetdən xəbər verilib. Qeyd edilib ki, Universitetin V kurs tələbəsi Nazif Abdulmelik oğlu Toprak da zəlzələ nəticəsində həlak olub.

"Bundan əlavə, zəlzələdə faciəli şəkildə həyatını itirən azərbaycanlı tələbələrdən biri - Gündüz Nəzərzadə də ATU-nun məzunu olub. 2021-ci ildə universitetimizin Əczaçılıq fakültəsindən məzun olan G.Nəzərzadə Malatyada İnönü Universitetində magistratura təhsili alırdı" - məlumatda qeyd edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5346

Oxşar yazılar