Tərtərdə baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.
APA-nın yerli bürosunun xəbərinə görə, 32 yaşlı Namiq Allahverdiyev 44 yaşlı Asəf Məmmədovun evində bənna kimi çalışıb.
Asəf Məmmədov həyat yoldaşı 42 yaşlı Gülnar Məmmədovanı və Namiq Allahverdiyevi evində öldürüb.
APA-nın əldə etdiyi məlumata görə, Asəf Məmmədov hadisəni qısqanclıq zəminində törədib.
Qeyd edək ki, əri tərəfindən öldürülən Gülnar Məmmədova Tərtər rayon icra hakimiyyətinin İqtisadiyyat şöbəsində baş məsləhətçi vəzifəsində çalışırmış.
***
saat 10.24
Fevralın 19-u saat 09:40 radələrində Tərtər rayon sakinləri 1981-ci il təvəllüdlü Gülnar Məmmədovanın və 1991-ci il təvəllüdlü Namiq Allahverdiyevin ölməsinə dair məlumat daxil olub.
Tərtər rayon prokurorluğundan Lent.az-a verilən xəbərə görə, Tərtər rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Namiq Allahverdiyevin odlu silahla, Gülnar Məmmədovanın isə kəsici-deşici alətlə sonuncunun əri 1979-cu il təvəllüdlü Asəf Məmmədov tərəfindən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.