Oktyabrın 6-da saat 20:30-də Tərtər rayonu, Həsənqaya kəndi ərazisində kənd sakini, 37 yaşlı Zaməddin Həsənlinin minaya düşməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyi mətbuat xidmətindən Lent.az-a bildirilib ki, Z.Həsənli minaya düşməsi nəticəsində ayağından yaralanıb.
O, dərhal xəstəxanaya çatdırılıb.
Araşdırma aparılır.