Tələbə qızları öldürməkdə şübhəli bilinən tutuldu -  YENİLƏNİB
03 oktyabr 2021 20:38 (UTC +04:00)

Tələbə qızları öldürməkdə şübhəli bilinən tutuldu - YENİLƏNİB

Orenburg vilayətinin Qay şəhərində üç qız tələbəni öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb. 

Lent.az  Rusiya mediasına istinadla bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin regional idarəsinə istinadən məlumat yayılıb.

Polisdən bildirilib ki, şübhəli Qaydan 30 kilometr aralıda, Orskda avtomobil oğurlamaq istəyərkən saxlanılıb.

Daha əvvəl məlum olub ki, molekulyar genetik müayinə şübhəlinin 30 yaşlı Aleksandr Lazarevin 3 tələbənin qətlində iştirakını təsdiqləyib. O, bundan əvvəl də mühakimə olunub və 2021-ci ilin yayında həbsxandan çıxıb.

***

12:31

Hüquq-mühafizə orqanları, Orenburq vilayətinin Qay şəhərində üç qız tələbənin qətlində şübhəli bilinən şəxsi müəyyən ediblər. 

Lent.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, məlum olub ki, o, əvvəllər məhkum olunmuş 29 yaşlı gəncdir.

Daxili İşlər Nazirliyindən bildirilib ki, polis 1991-ci il noyabrın 23-də anadan olan Alexander Vyaçeslavoviç Lazarevin yerini müəyyənləşdirmək üçün kömək istəyib.

Bir neçə gün əvvəl Qay şəhərindəki Gənclər küçəsində 17, 18 və 19 yaşlı 3 tələbə qəz qətlə yetirilib. Onlardan ikisinin meyiti kirayə qaldıqları mənzildə, üçüncü isə sonradan evin yaxınlığında aşkar olunub. 

Müstəntiqlərin ilkin versiyasına görə, cinayətkar qızları qətlə yetirmək üçün mətbəx bıçağından istifadə edib. 

Digər versiyaya görə, hadisə zamanı qızlar dərin yuxuda olublar. Onların yuxu dərmanının təsiri altında olduqları da ehtimal edilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 17924

Oxşar yazılar

Qazaxda DƏHŞƏTLİ QƏZA:  4 nəfər yerindəcə öldü

Qazaxda DƏHŞƏTLİ QƏZA: 4 nəfər yerindəcə öldü

5 iyun 2025 , 07:51
Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ oldu

4 iyun 2025 , 23:41
Naxçıvanda  QƏZA:   yaralılar var

Naxçıvanda QƏZA: yaralılar var

4 iyun 2025 , 20:32
Bakıda evdən kişi meyiti  tapıldı

Bakıda evdən kişi meyiti tapıldı

4 iyun 2025 , 19:33
Gədəbəydə qadın yaşadığı evdə ölü tapıldı

Gədəbəydə qadın yaşadığı evdə ölü tapıldı

4 iyun 2025 , 18:26
Azərbaycanda qanunsuz dini təbliğat aparanlar ölkədən QOVULDU

Azərbaycanda qanunsuz dini təbliğat aparanlar ölkədən QOVULDU

4 iyun 2025 , 17:20
4 ay əvvəl təyin olunan polis rəisi istefa verdi

4 ay əvvəl təyin olunan polis rəisi istefa verdi

4 iyun 2025 , 17:16
Azərbaycanın dünyada axtardığı şəxs Ukraynada tutuldu

Azərbaycanın dünyada axtardığı şəxs Ukraynada tutuldu

4 iyun 2025 , 16:50