TƏBİB: Partlayışda xəsarət alan kişinin vəziyyəti...
09 oktyabr 2022 08:36 (UTC +04:00)

TƏBİB: Partlayışda xəsarət alan kişinin vəziyyəti...

0

Bakının Nizami rayonundakı yaşayış binasında baş verən partlayışda xəsarət alan kişinin vəziyyəti ağırdır.

Bu barədə Lent.az-a TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, xəsarət alan 21 yaşlı şəxsin (kişi) bütün bədənin və tənəffüs yollarının III- IV dərəcəli yanığı ilə vəziyyəti ağır olaraq qiymətləndirilir.

Hadisə yerindəki həkim briqadaları tərəfindən 2 nəfərə (qadın olmaqla) hipertenziya və stressə qarşı kəskin reaksiya diaqnozu ilə yerində zəruri ilkin tibbi yardım göstərilib.

Xatırladaq ki, ötən gün Nizami rayonu, Qara Qarayev prospekti, Əlif Hacıyev küçəsində 5 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən 11 saylı 36 kv metr 2 otaqlı mənzildə partlayış baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2349

Oxşar yazılar