Azərbaycanın tanınmış din xadiminin oğlu İrana xidmət etdiyinə görə həbs edildi
Lent.az xəbər verir ki, bu barədə "MOUZE" teleqram kanalı məlumat yayıb.
Qeyd olunur ki, Azərbaycanda İran aşiqlərinə qarşı əməliyyatlar davam edir.
Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Biləsuvarlı Şeyx Molla Əhmədin oğlu Kərbəlayi Hüseyn də tutulub.
Qeyd edək ki, Şeyx Molla Əhməd Azərbaycanda tanınmış din xadimi olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, Şeyx Molla Əhmədin oğlu narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilinir.