Sürücülük vəsiqəsi üçün imtahana getmişdi,  meyitini tapdılar
23 sentyabr 2023 15:51 (UTC +04:00)

Sürücülük vəsiqəsi üçün imtahana getmişdi, meyitini tapdılar

Türkiyədə kişi faciəvi şəkildə ölüb.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, hadisə İstanbul şəhəri Bayrampaşa qəsəbəsində baş verib. Sürücülük vəsiqəsi üçün imtahana gedən 32 yaşlı Akif Türkmen sırasını gözləyərkən 10 metr hündürlüyündə hasara çıxıb.

Lakin gözlənilməz anda hasar uçub və Akif Türkmən aşağıdakı avtoparkda dayanan avtobusların arasına düşüb. Onun meyiti ətrafda olanlar tərəfindən aşkar edilib.

Mərhumun yaxınları hadisəni eşitdikdən sonra infarkt keçiriblər.

# 2730
avatar

Oxşar yazılar