12:00 21 yanvar 2021

Sumqayıtda yük avtomobilləri qəzaya düşdü, 3 nəfəri güclə...

madeyra

Sumqayıtda yük maşınları qəza törədib.

Lent.az FHN-in saytına istinadla xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Sumqayıt şəhəri ərazisində “İsuzu” markalı yük avtomobili yol kənarında dayanan “KamAz” markalı yük avtomobilinə çırpılıb. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasediciləri sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan “İsuzu” markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Həmçinin Sumqayıt şəhəri ərazisində “VAZ” markalı minik avtomobili və “KamAz” markalı yük avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasediciləri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

# 423
avatar

Mehman Nəbiyev

Oxşar yazılar