Sumqayıtda yataqxanada PARTLAYIŞ
29 sentyabr 2024 21:06 (UTC +04:00)

Sumqayıtda yataqxanada PARTLAYIŞ

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 15-ci məhəllə, R.Qəhrəmanov küçəsində yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub. 

Lent.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. 

Məlumatla əlaqədar olaraq FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal  hadisə yerinə cəlb olunub. 

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə södürülüb. 

Yanğın nəticəsində üçmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində ümumi sahəsi 8 m² olan mətbəxin yanar konstruksiyaları yanıb. Yanğının digər mənzillərə keçməsinin qarşısı alınıb, yataqxana binası yanğından mühafizə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 468
avatar

Oxşar yazılar