Dekabrın 12-də saat 23 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazində 47 yaşlı Mahir Allahverdiyevin bıçaqlanaraq öldürülməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən Lent.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən 19 yaşlı Murad Kazımov saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalar davam etdirilir.