Sumqayıt şəhərində ümumi sahəsi 150 m² olan bir dam altında tikilən birmərtəbəli müxtəlif təyinatlı obyektlərdən (çayxana, avtoyuma, market) sahəsi 80 m² olan çayxanada 1 ədəd soyuducu və 4 dəst stol-stul yanıb, lambirdən ibarət tavan 20 m² sahədə əriyib.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, qüksək temperaturdan sahəsi 40 m² olan avtoyuma məntəqəsinin lambirdən ibarət tavanı 10 m² sahədə əriyib.
Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;