Sumqayıtda dərsdən çıxan azyaşlını  yük maşını vurub öldürdü - YENİLƏNİB
16 may 2025 15:36 (UTC +04:00)

Sumqayıtda dərsdən çıxan azyaşlını yük maşını vurub öldürdü - YENİLƏNİB

Sumqayıt avtomobilin vurduğu məktəblinin kimliyi bilinib.

Lent.az xəbər verir ki, mərhum 9 yaşlı Məmmədov Mehdi Şahin oğludur. Onun orta məktəbin 3-cü sinfində təhsil aldığı bildirilir.

Məlumata görə, azyaşlı dərsdən çıxıb evə gedirmiş. Bu zaman yük maşını onu vurub. Nəticədə azyaşlı yerindəcə keçinib.

Araşdırma aparılır.

***
13:40

Sumqayıtda məktəblinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb. İlkin məlumata görə, yolu keçmək istəyən 8-ci sinif şagirdini yük avtomobili vurub. Məktəbli hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1202

Oxşar yazılar