Hamilə qadınlara  müjdə: Bu meyvə körpələrdə allergiya riskini azaldır
16 may 2025 19:33 (UTC +04:00)

Hamilə qadınlara müjdə: Bu meyvə körpələrdə allergiya riskini azaldır

Finlandiyada aparılan yeni bir araşdırma göstərdi ki, hamiləlik dövründə müntəzəm olaraq avokado yeyən anaların körpələrində ilk bir il ərzində qida allergiyası inkişaf etmə riski daha aşağı olur.

Lent.az bu meyvəni təqdim edir.

Hamiləlikdə Avokado qəbulu

Finlandiyanın Kuopio Doğum Kohortu (KuBiCo) çərçivəsində 2013–2022-ci illər arasında izlənilən 2.272 ana-körpə cütlüyü üzərində aparılan araşdırmada, anaların hamiləlik dövründə avokado istehlakı təhlil olunub.

Əldə olunan nəticələrə əsasən:

Avokado yeməyən anaların körpələrində qida allergiyası rastgəlmə faizi %4.2, Avokado yeyən anaların körpələrində isə bu faiz %2.4 olmuşdur. Yəni, avokado istehlak edən anaların körpələrində qida allergiyası inkişaf etmə riski 44 faiz daha azdır. Avokado körpənin immun sisteminin inkişafına töhfə verə bilər. Araşdırmanın əsas müəllifi, Şərqi Finlandiya Universitetindən həkim Sari Hantunen, bu nəticələrin xüsusilə körpələrdə artan allergiya hallarını nəzərə aldıqda ümidverici olduğunu bildirib:

“Valideyn kimi uşaqlarda artan qida allergiyası nisbəti qorxuducudur. Bu araşdırma göstərir ki, avokadonun həm ana, həm də uşaq sağlamlığına əvvəlcədən məlum olan faydalarından daha irəli təsirləri var”.

Qida dəyəri baxımından zəngin

Araşdırmada birbaşa səbəb-nəticə əlaqəsi qurulmasa da, avokadonun təklif etdiyi qida maddələri nəzərə alındıqda, nəticələr güclü bir korrelyasiya göstərir.

Avokado aşağıdakı körpə inkişafı və immun sistem üçün vacib mikroelementlərlə zəngindir

Lif,

Sağlam yağlar (xüsusilə omega-9),

Folat,

Lutein.

Avokado Qidalanma mərkəzinin verdiyi məlumata görə, bu meyvə xüsusilə beyin inkişafı və sinir sistemi sağlamlığı baxımından hamiləlik dövrü üçün ideal bir qida mənbəyidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 548

Oxşar yazılar