Alimlər insanın erkən ölümə meyilli olub-olmadığını göstərən xarici əlamətləri müəyyən ediblər. Çin və Avstraliyadan olan alimlər birgə apardıqları araşdırma nəticəsində, insanın erkən ölümə meyilli olub-olmadığını gözlərə baxaraq təyin etməyin mümkün olduğunu aşkar ediblər. Məlum olub ki, göz torlu qişasının (setçatkanın) vaxtından əvvəl qocalması, insanın ümumi ömür uzunluğunun qısalmasına dair bir göstərici ola bilər.
Lent.az bununla bağlı maraqlı məlumatları sizə təqdim edir:
Mütəxəssislər 11 il ərzində 40-69 yaş arası 36 min insanın göz torlu qişasının vəziyyətini müşahidə ediblər. Bu müddət ərzində 1871 nəfər vəfat edib və onların əsas ölüm səbəbi xərçəng olub. Bütün bu insanlarda göz torlu qişasının "sürətli" yaşlanması qeydə alınıb – yəni gözlərinin vəziyyəti onların bioloji yaşına uyğun gəlməyib.
Göz torlu qişasının vaxtından əvvəl yaşlanması nə ilə bağlıdır?
Alimlərin izahına görə, belə hallar göz torlu qişasındakı sinir və damarların zədələnməsi nəticəsində baş verir. Bu dəyişikliklərə hipertoniya, qan şəkəri və xolesterin səviyyəsinin yüksəkliyi, düzgün olmayan qidalanma və ya piylənmə kimi faktorlar səbəb ola bilər. Göz torlu qişasındakı bu patoloji vəziyyət tez-tez orqanizmdəki digər ciddi pozuntuların siqnalı kimi qiymətləndirilir.
Riski nə qədər artırır?
Araşdırmalar göstərib ki, əgər göz torlu qişası insanın real yaşından azı bir il daha yaşlı görünürsə, bu zaman ölüm riski 2% artır. Göz yaşı ilə real yaş arasındakı fərq nə qədər böyükdürsə, ölüm riski də o qədər yüksəlir — bu risk 49-67%-ə qədər arta bilər. Əlavə olaraq, əvvəlki illərdə həkimlər oynaqların sağlamlığını qorumağa kömək edən vərdişlərdən də danışmışdılar. Onların fikrincə, artrit çox ağrılı ola bilər və insanın həyat keyfiyyətini ciddi şəkildə aşağı sala bilər. Ən geniş yayılmış formalar — revmatizmal artrit (immun sisteminə təsir edir) və osteoartrit (qığırdaqların dağılması) hesab olunur.