Bakıda yaşayış binası yandı-VİDEO
15 noyabr 2025 22:53 (UTC +04:00)

Bakıda yaşayış binası yandı-VİDEO

0

Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsində yerləşən yaşayış binasında yanğın baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, yanğın baş verən mənzil Arzu Məmmədovaya məxsusdur.

O, mənzili Elçin Qəribova kirayə verib. Hadisə zamanı evdə 3 nəfər olub.

İlkin ehtimallara görə, yanğına səbəb elektrik naqillərində baş vermiş qısaqapanmadır.

Təcili və Təxirəsalınmaz Tibbi Yardım mərkəzindən APA-ya verilən məlumata görə 15.11.2025-ci il tarixində saat 20:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nizami rayonu ərazisində yerləşən yaşayış binasında yanğın hadisəsinin baş verməsi səbəbilə təcili çağırış qeydə alınıb.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərə (qadın) nevrasteniya diaqnozu ilə yerində ilkin tibbi xidmət göstərilib, iki nəfər (kişi və qadın) isə tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.


***
22:30

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Lent.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində onyeddimərtəbəli yaşayış binasının onyeddinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 55 m² olan ikiotaqlı mənzilin eyvanının yanar konstruksiyaları və əşyaları 15 m² sahədə yanıb.

Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 368

Oxşar yazılar