İmişlidə çınqıl karxanasında baş verən bədbəxt hadisə nəticəsində bir nəfər dünyasını dəyişib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən karxanalardan birində qeydə alınıb.
Sabirabad sakini, 1966-cı il təvəllüdlü Mansur Hüseyn oğlu Həsənov yük maşınına çınqıl yükləyən ekskavatorun ön hissəsinin onu baş nahiyəsinə dəyməsi nəticəsində ağır xəsarət alıb.
O, xəstəxanaya aparılarkən yolda vəfat edib.
Faktla bağlı araşdırma aparılır.