Avropada güclü qasırğa : ölənlər var
16 noyabr 2025 05:34 (UTC +04:00)

Avropada güclü qasırğa: ölənlər var

0

Portuqaliyada və bir sıra digər Avropa ölkələrində “Klaudiya” qasırğası ağır fəsadlara yol açıb.

Lent.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Məlumata görə, Portuqaliya xilasediciləri Lissabon yaxınlığında su altında qalmış evdə yaşlı cütlüyün meyitlərini tapıblar. Güman edilir ki, gecə saatlarında su sürətlə qalxdığı üçün onların evdən çıxmağa vaxtı olmayıb.

Portuqaliya və qonşu İspaniyanın bəzi bölgələri artıq bir neçə gündür ki, “Klaudiya” qasırğasının yaratdığı ekstremal hava şəraiti ilə mübarizə aparır. Noyabrın 15-də qasırğa Böyük Britaniya və İrlandiyanın bəzi bölgələrinə də çatıb.

Qasırğa xüsusilə Portuqaliyanın cənubundakı Albufeira bölgəsində ciddi dağıntılara səbəb olub. Fövqəladə Hallar Xidmətinin məlumatına görə, burada yerləşən kampinq sahəsində 85 yaşlı qadın həlak olub. Regionun mülki müdafiə xidmətinin rəhbəri Vitor Vas Pintunun sözlərinə görə, yaxınlıqdakı oteldə 28 nəfər xəsarət alıb, onlardan ikisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 222

Oxşar yazılar