Ağdərədə minaya düşən şəxsin ayağı kəsildi,  vəziyyəti ağırdır -YENİLƏNİB
16 noyabr 2025 16:33 (UTC +04:00)

Ağdərədə minaya düşən şəxsin ayağı kəsildi, vəziyyəti ağırdır -YENİLƏNİB

0

16.11.2025-ci il tarixində saat 13:20 radələrində Ağdərə rayon Sırxavənd kəndi ərazisində minaya düşmə səbəbilə xəsarət alan 1990-cı il təvəllüdlü şəxs (kişi) Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.

Pasiyentin üzərində sol aşağı ətrafın baldırın yuxarı 1/3-dən amputasiya əməliyyatı icra olunub.

Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti ağırdır./ APA

 

***

14:33

Ağdərədə mina hadisəsi baş verib, xəsarət alan var.

Rayonunun Sırxavənd kəndi ərazisində baş verib. Belə ki, Bərdə rayon sakini 1990-cı il təvəllüdlü Əliyev Natiq Namiq oğlu kənd ərazisində minaya düşüb.

Yaralı Bərdə rayon mərkəzi xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma başlanıb./ APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 592

Oxşar yazılar