Abşeronda maşın piyadanı vurub öldürdü
16 noyabr 2025 20:16 (UTC +04:00)

Abşeronda maşın piyadanı vurub öldürdü

0

Abşeronda yol qəzası nəticəsində piyada həyatını itirib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə “Təzə yol” adlanan ərazidə qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan VAZ-2107 markalı avtomobil yolu keçən piyadanı vurub. Zərbənin təsirindən ağır xəsarət alan piyada hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar