ADA Universitetinin 12 tələbəsi "Azercell"də təcrübə keçəcək
16 may 2025 11:50 (UTC +04:00)

ADA Universitetinin 12 tələbəsi "Azercell"də təcrübə keçəcək

İnsan kapitalının dayanıqlı inkişafına dəstək verən Azercell ADA Universitetinin keçirdiyi “İşəgötürülmə qabiliyyəti həftəsi 2025” (“Employability Week 2025”) çərşivəsində tələbələr üçün silsilə seminarlar və interaktiv sessiyalar təşkil etdi.

Bilik və bacarıqların qiymətləndirilməsi mərhələlərindən uğurla keçmiş 12 ADA Universiteti tələbəsi Azercell-in Yay Təcrübə Proqramında iştirak hüququ qazandı. Seçilmiş tələbələr 3 ay müddətində şirkətin müxtəlif departamentlərində real iş mühitində təcrübə keçəcək, peşəkar bacarıqlarını inkişaf etdirmək və əmək bazarına daha hazırlıqlı daxil olmaq imkanı əldə edəcəklər.

Azercell-in təcrübə proqramı gənclərin potensialını üzə çıxarmaq, gələcəyin ixtisaslı mütəxəssislərinin yetişdirilməsinə dəstək olmaq məqsədi daşıyır.

“Employability Week 2025” təşəbbüsünün bağlanış mərasimi haqqında video reportaj ilə tanış olmaq üçün:

https://youtu.be/hPDDhVPn_-8

“Azercell Telekom” MMC-nin fəaliyyəti haqqında daha ətraflı məlumat əldə etmək üçün: https://www.azercell.com/az/

ADA Universitetinin 12 tələbəsi Azercell-də təcrübə keçəcək

ADA Universitetinin 12 tələbəsi Azercell-də təcrübə keçəcək

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 270

Oxşar yazılar