Son günlər sosial şəbəkələrdə "Son zəng"də şagirdlərin yalnız məktəbli formasında olmaları ilə bağlı paylaşımlar edilir.
Lent.az-ın soruğusuna Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, agentlik tərəfindən təhsil müəssisələrinə göndərilmiş təlimatda tədbirdə iştirak edəcək şagirdlərin xarici görkəminin və geyiminin oxuduğu təhsil müəssisəsinin nizam-intizam qaydalarına uyğun və səliqəli olmasının təmin edilməsi öz əksini tapmışdır.
Şagirdlərin məktəbli formalarında olmaları tövsiyə edilir.