Kriminal aləmdə yeni "Quli" PEYDA OLDU  - Böyük "müharibə" olacaq
16 may 2025 17:10 (UTC +04:00)

Kriminal aləmdə yeni "Quli" PEYDA OLDU - Böyük "müharibə" olacaq

Abxaziyada kriminal aləmin lideri Raul Bartsba və ya Pızanı devirmək üçün daha bir cəhd baş verir.

Lent.az xəbər verir ki, mayın 8-də kriminal aləmdə daha çox “Quli” kimi tanınan məşhur “qanuni oğru” Temur Kapba Türkiyədən Abxaziyaya dəniz yolu ilə gəlib.

Vətənə qayıtdıqdan sonra Kapbanı ziyarət edənlər arasında Suxumidən olan “nəzarətçi” (qanuni oğru təmsilçisi) Gena Adleyba və yerli, yaşlı nəsildən olan “qanuni oğru”lar — Vaxo Paçuliya (digər adı Nanik) və Valera Xaşba olub. Valera Xaşba bu ilin fevralında Pıza Şakro ilə səkkiz il davam edən münaqişədən sonra hüquqlarını bərpa edib.

Xatırladaq ki, Suxumi sakini Temur Kapba 2013-cü ildə Kardava-Mzarelua klanı tərəfindən “taclandırılıb”.

2020-ci ildə azərbaycanlı "qanuni oğru" Nadir Səfərov (Quli) qətlə yetiriləndən sonra, klanın bir çox üzvləri onun qardaşı Namiqin ətrafında birləşdi. Lakin Temur Namiqin dəstəyi və himayəsindən kənar qaldı.

İl yarım əvvəl Krasnodar vilayətinin islah müəssisələrində cəza çəkən Kapba və Roko Bozhadze ikilisinin fəaliyyəti o vaxtlar hələ də Ust-Labinskdə cəza çəkən Şakro tərəfindən dayandırıldı. Hər ikisi “oğru” kimi səlahiyyətlərindən məhrum edildi və Kapbanı "narahat edici yaramaz" adlandırdılar.

Qulinin onunla bağlı verilmiş “proqon” (qanuni oğrular arasında qərar və ya münasibət) qərarına reaksiyası gec olsa da, olduqca sərt olmuşdu. O, adaşı, uzaq qohumu və “peşə yoldaşı” Temur Makoleyə yazdığı səsli ismarıcda bütün bəlalarının səbəbi kimi Pızanı göstərmişdi.

Ötən ilin noyabr ayında Valera, Nanik, Duka və “qanuni oğru dünyası yad olmayan” hər kəsin adına, Quli tərəfindən yazıldığı bildirilən geniş məzmunlu bir “proqon” (açıqlama və ittiham məktubu) internetdə yayıldı. Bu məktubda Pıza ifşa olunurdu. Onun yayılmasına dar çevrələrdə tanınan gürcü bloqer Qrişa Moskovski dəstək vermişdi. İddialara görə, Pıza buna görə onu əllərini və ayaqlarını sındırmaqla hədələyib.

Şübhəsiz ki, Quli kimlərin dəstəyilə gəlmiş olsa da, onun gəlişi operativ vəziyyətin kəskinləşməsi ilə nəticələnə bilər və Pıza üçün heç bir yaxşılıq vəd etmir. Deyilənə görə, bu gərginlik fonunda artıq Dranda həbsxanasında dustaqlar arasında qarşıdurma baş verib.

Təsadüfi şəkildə, Qulinin qayıdışından bir gün sonra Suxumidə, Maruxskaya küçəsində Harik Avidzba qətlə yetirildi. Mənbənin sözlərinə görə, o, 2023-cü ildə “qanuni oğru” adı əlindən alınmış Dinridin aradan götürülməsində iştirak etmişdi.

Temur Kapba (Quli)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1085

Oxşar yazılar