Sumqayıtda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ
11 iyul 2024 10:52 (UTC +04:00)

Sumqayıtda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

Sumqayıtda kütləvi zəhərlənmə olub. 

Şəhər prokurorluğundan Lent.az-a verilən məlumata görə, iyulun 10-da Sumqayıt şəhərində yerləşən zavodlardan birində çalışan işçilərin qida zəhərlənməsindən şəhər xəstəxanasına müraciət etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı müəssisənin 53 nəfər əməkdaşının nahar vaxtı zavodun yeməkxanasında qəbul etdikləri qidalardan zəhərlənməsi məyyən edilib.

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə yeməkxanada olan qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.

Zəhərlənən şəxslərə stasionar tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıb. Hazırda vəziyyətləri normaldır.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13848
avatar

Oxşar yazılar

Bakıda DƏHŞƏT:  Ata uşaqlarını bıçaqlayıb öldürdükdən sonra İNTİHAR ETDİ

Bakıda DƏHŞƏT: Ata uşaqlarını bıçaqlayıb öldürdükdən sonra İNTİHAR ETDİ

23 iyul 2024 , 05:09
Azərbaycanda sabiq diplomat SAXLANILDI

Azərbaycanda sabiq diplomat SAXLANILDI

22 iyul 2024 , 23:39
Bakıda "Kia" YANDI

Bakıda "Kia" YANDI

22 iyul 2024 , 22:16
Səfa Mirzəyev VƏFAT ETDİ

Səfa Mirzəyev VƏFAT ETDİ

22 iyul 2024 , 22:06
Bakıda avtobus  yandı

Bakıda avtobus yandı

22 iyul 2024 , 21:11
Xırdalanda qatar uşağı vurub öldürdü

Xırdalanda qatar uşağı vurub öldürdü

22 iyul 2024 , 20:55
Yevlaxda yanğında xəsarət alan azyaşl öldü

Yevlaxda yanğında xəsarət alan azyaşl öldü

22 iyul 2024 , 19:57
Bakıda azyaşlını girov götürüb , öldürəcəyi ilə hədələdilər - Polis...

Bakıda azyaşlını girov götürüb, öldürəcəyi ilə hədələdilər - Polis...

22 iyul 2024 , 19:46