Sumqayıtda gənc oğlan 63 yaşlı qadını döyüb  pullarını aldı
09 iyul 2025 14:32 (UTC +04:00)

Sumqayıtda gənc oğlan 63 yaşlı qadını döyüb pullarını aldı

Sumqayıt şəhərində quldurluq hadisəsi olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, iyulun 8-də naməlum şəxs 63 yaşlı qadının 6000 manatını fiziki zor tətbiq edərək talayıb.

Daxil olmuş müraciət əsasında Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 26 yaşlı V.Cavadov saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 616

Oxşar yazılar