Sumqayıtda  DƏHŞƏT:   Anası ilə mübahisə edən keçmiş məhkum  özünü yandırdı
10 iyul 2023 09:03 (UTC +04:00)

Sumqayıtda DƏHŞƏT: Anası ilə mübahisə edən keçmiş məhkum özünü yandırdı

0

Sumqayıt şəhərində 42 yaşlı Mahmudov Elşən Babagül oğulunun gecə saatlarında intihara cəhd etməsi ilə bağlı polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, əvvəllər Cinayət Məcəlləsinin 128, 180, 296-cı maddələri məhkum olunan şəxs ailə üzvləri ilə yaşadığı evdə anası ilə mübahisə etdikdən sonra polis bölməsinin inzibati binasının yanında üzərinə yandırıcı maddə tökərək özünü yandırıb. O dərhal xəstəxanaya çatdırılıb, bütün tibbi müdaxilələrə baxmayaraq səhər saatlarında xəstəxanda ölüb.

E.Mahmudovun polis orqanlarına hər hansı müraciəti olmayıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2500

Oxşar yazılar