Sumqayıtda çay evi YANDI - VİDEO   -  YENİLƏNİB
22 yanvar 2022 12:12 (UTC +04:00)

Sumqayıtda çay evi YANDI - VİDEO - YENİLƏNİB

Sumqayıt şəhərində, birmərtəbəli kafenin ərazisində ümumi sahəsi 12 m² olan texniki otağın yanar konstruksiyaları, içərisində 2 ədəd kombi aparatı və 1 ədəd generator yanıb.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, bitişik kafe yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

***

10:05

Sumqayıtda çay evində yanğın baş verib.

Lent.az xəbər verir ki, hadisə saat 8:30 radələrində 14 mərtəbəli binanın qarşısında qeydə alınıb.
Əraziyə 3 yanğınsöndürən maşın cəlb edilib.

Yanğın qısa müddətdə Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən söndürülüb.

# 1869
avatar

Aytəkin Cəlali

Oxşar yazılar