Sumqayıtda anbarda yanğın olub.
Lent.az FHN-in saytına istinadla bildirir ki, ümumi sahəsi 600 m² olan anbar kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin dam örtüyünün yanar konstruksiyaları 350 m² sahədə, içərisində olan avtomobil şinləri və ehtiyat hissələri yanıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Tikilinin qalan hissəsi və yaxınlıqdakı obyektlər yanğından mühafizə olunub.Yanğın söndürülüb.