Sumqayıtda DƏHŞƏT:  ana özünü və uşaqlarını zəhərlədi - YENİLƏNİB
22 may 2024 10:00 (UTC +04:00)

Sumqayıtda DƏHŞƏT: ana özünü və uşaqlarını zəhərlədi - YENİLƏNİB

Sumqayıtda zəhərlənmə ilə bağlı araşdırma aparılır.

Bu barədə Lent.az-a Baş Prokurorluqdan bildirilib.

Qeyd olunub ki, mayın 21-də Sumqayıt şəhərində ana və 3 azyaşlı övladının dərman zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilmələri faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

***
21.05.2024 Saat: 23:00

Sumqayıtda zəhərlənən şəxslər xəstəxanadan evə buraxılıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, ana və onun üç uşağının vəziyyəti qənaətbəxşdir.

Xatırladaq ki, şəhərin 13-ci mikrorayonunda yaşayan bir ailənin dörd üzvü dərmandan zəhərlənərək xəstəxanaya yerləşdirilmişdi.

***

Saat 21:35

Sumqayıtda üçü uşaq olmaqla bir ailənin dörd üzvü zəhərlənib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb.

41 yaşlı İsgəndərova Sevgül Əllədin qızı yaşadığı mənzildə dərman vasitəsi ilə üç uşağını zəhərləyib.

Daha sonra o özü də həmin həbləri qəbul edərək zəhərlənib.

Zəhərlənən uşaqlar 17 yaşlı N. Süleymanova, 8 yaşlı N. Süleymanov və 7 yaşlı Y. Süleymanov, o cümlədən anası S.İsgəndərova Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə yerləşdiriliblər.

Ananın vəziyyəti qənaətbəxş olsa da, azyaşlılar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7209
avatar

Oxşar yazılar