Bərdədə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, Bərdə rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Şəlalə İsmayılova saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman satış məqsədi ilə əldə etdiyi külli miqdarda heroin aşkar edilərək götürülüb.
Faktla bağlı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılıb, Ş.İsmayılova barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Şəlalə İsmayılova