Su kanalında batmış 10 yaşlı uşağın meyiti çıxarılıb -FOTO  -VİDEO
12 iyun 2023 09:21 (UTC +04:00)

Su kanalında batmış 10 yaşlı uşağın meyiti çıxarılıb -FOTO -VİDEO

Məlumat verildiyi kimi, ötən gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xanarx kanalının Xaçmaz rayonunun Armudpadar kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında Nazirliyin qüvvələri dərhal axtarış-xilasetmə əməliyyatlarına cəlb olunub.

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, həyata keçirilən əməliyyat nəticəsində kanalda batmış 2013-cü il təvəllüdlü Pirsahadov Məhəmməd Əlisəfa oğlunun cəsədi gecə saatlarında tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, axtarış-xilasetmə əməliyyatlarında FHN-in Şimal Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətləri və Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri iştirak edib.

 

Su kanalında batmış on yaşlı uşağın meyiti çıxarılıb - VİDEO Su kanalında batmış on yaşlı uşağın meyiti çıxarılıb - VİDEO Su kanalında batmış on yaşlı uşağın meyiti çıxarılıb - VİDEO

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1629
avatar

Oxşar yazılar