Soyuducunun suyu mənzilinə töküldü – qonşunu bıçaqladı
14 iyun 2023 01:33 (UTC +04:00)

Soyuducunun suyu mənzilinə töküldü – qonşunu bıçaqladı

0

Bakının Suraxanı rayonunda qonşular arasında dava düşüb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Elçin Məmmədov küçəsində baş verib.

Belə ki, ev 5, mənzil 72 ünvanında yaşayan 1980-ci il təvəllüdlü Ələkbərzadə Fərəc Vaqif oğluna məxsus evin mətbəxindən aşağı mərtəbədə yaşayan şəxsin mənzilinə su damıb. Məlum olub ki, su soyuducudan axıb. Qonşu F.Ələkbərzadəyə iradını bildirib. Bu zaman tərəflər arasında əlbəyaxa dava düşüb. F.Ələkbərzadə bıçaqlanıb. O, Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2188

Oxşar yazılar