Soyğunçuluq edən şəxs AirPods vasitəsilə tapıldı
19 may 2023 12:12 (UTC +04:00)

Soyğunçuluq edən şəxs AirPods vasitəsilə tapıldı

0

Tailandında 18 yaşlı rusiyalı qızın smartfon və qulaqcıq olan pul kisəsi oğurlanıb. 

Lent.az xarici mediaya istinadla bildirir ki, oğurlanmış qulaqcıqların siqnalından istifadə etməklə cinayətkarı tapmaq mümkün olub.

Hadisə bir neçə gün əvvəl Banqkokun Tonqlor rayonunda baş verib. Axşam saatlarında paytaxtda naməlum şəxs motosikletlə onun yanından keçən qızın əlindəki çantanı zorla alıb. Zərərçəkmiş isə yıxılaraq hər iki diz, dirsək və bilək nahiyəsindən yüngül xəsarətlər alıb.

Axtarışlara başlayan polis, Samut Prakan əyalətində Banqkokdan kənarda daxil olan AirPods-dan gələn bir siqnal görüb.

Hadisə yerinə gələn polis 41 yaşlı kişi və ona məxsus nəzərə çarpan motosiklet, qarət edilmiş rus qadının içərisində qulaqcıq və hətta smartfon olan pul kisəsini tapıb.

Şübhəli şəxs əməlini etiraf edib. Faktla bağlı cinayət işi başlanıb.

Hadisə baş verən ərazi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1828

Oxşar yazılar