Smartfonundakı  yüksək səsə görə   qardaşını öldürdü
01 aprel 2024 16:21 (UTC +04:00)

Smartfonundakı yüksək səsə görə qardaşını öldürdü

Tümen vilayətində kişi smartfonun tam səslə işə salınmasını bəyənmədiyi üçün qardaşını bıçaqlayaraq öldürüb. 

Lent.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə rayonun məhkəmə sisteminin birgə mətbuat xidməti məlumat yayıb. 

“Martın 30-da axşam saatlarında iki qardaş Ruslan və Renat evdə spirtli içki qəbul ediblər. İçki içərkən onların arasında mübahisə yaranıb, Renat mobil telefonunun səsini tam yüksəldib və bu, Ruslanın xoşuna gəlməyib və o, bununla bağlı şikayətlərini bildirib və ona görə də qardaşı tərəfindən bıçaqlanıb”, - mətbuat xidmətindən bildirilib. .

Tümen sakini təcili yardım gələnə qədər dünyasını dəyişib. Məlum olub ki, hadisədən əvvəl təqsirləndirilən şəxs bir həftə ərzində spirtli içki qəbul edib. Məhkəmədə o, ittihamlarla razılaşıb və həbsə etiraz etməyib.
 

# 1965
avatar

Oxşar yazılar