Bakı sakini həyat yoldaşını və qaynını bıçaqlayıb.
Lent.az xəbər verir ki, hadisə Şirvan şəhərində qeydə alınıb.
Aralarında yaranan mübahisə zəmində Bakı sakini, həyat yoldaşı 1980-ci il təvəllüdlü Əliyeva Könül Mahmud qızını əlindən və qaynı, Şirvan sakini, 1984-cü il təvəllüdlü Əliyev Ceyhun Mahmud oğlunu çiynindən bıçaqlayıb.
Bıçaq yarası alan bacı və qardaş Şirvan Şəhər Xəstəxanasına yerləşdirlib. İkinci çox qan itirdiyi üçün əməliyyata götürülüb.
Faktla bağlı araşdırma aparılır.