Keçmiş biatlonçu, üç Olimpiadada İsveçrə millisinin üzvü Saymon Hallenbarter intihar edib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, faciə 43 yaşlı idmançı sevgilisi ilə Avstriyada istirahət edərkən baş verib. Məlumata görə, kişinin psixi problemləri olub.
Qeyd edək ki, Hallenbarter idman karyerasına xizəksürmə yarışında başlayıb, bundan sonra 2002-ci ildə biatlona keçmək qərarına gəlib. İsveçrəli üç Olimpiadada (2006, 2010, 2014) və səkkiz dünya çempionatında iştirak edib.
Lakin bu idman növündə idmançı o qədər də uğur qazana bilməyib. Onun Dünya çempionatında ən yaxşı göstəricisi 2007/2008 mövsümündə 25-ci yer tutması olub. Saymon karyerasının ən azı bir mərhələsində podiuma çıxa bilməyib.
O, peşəkar karyerasını 2014-cü il martın 20-də Holmenkolendə sprint yarışında 93-cü yeri tutaraq başa vurub.