Milli Məclisin deputatı Səttar Möhbalıyevin yaxın qohumu şəhid olub.
Lent.az xəbər verir ki, bu barədə deputat Kamal Cəfərov paylaşım edib.
Belə ki, paylaşımda bildirilib:
"Azərbaycan Silahlı Qüvvələrinin zabiti Fərid Kamaləddin oğlu Möhbalının şəhid olması ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinin deputatı Səttar Möhbalıyevə dərin hüznlə başsağlığı verir, şəhidin ailəsinə və yaxınlarına səbr diləyirik".
Qeyd edək ki, şəhid olan deputatın əmisi nəvəsidir.