Şahlar Qasımovun qətlinin bəzi təfərrüatları məlum olub.
Lent.az APA-ya istinadla xəbər verir ki, Şahlar Qasımov ilə Cavanşir Əliyev Novxanı qəsəbəsində qonşu olublar.
Belə ki, Xan Şuşinski küçəsində Şahlar Qasımov özünə məxsus fərdi yaşayış evinin təmiri ilə məşğul olurmuş. Bu zaman Cavanşir Əliyev digər tanışları ilə birgə Ş.Qasımova məxsus evin qarşısında dayanıb. C.Əliyev Ş.Qasımova evin təmiri zamanı səs-küyə etiraz edib. Bu zaman tərəflər arasında dava düşüb. Dava zamanı C.Əliyev Ş.Qasımovun bud hissəsinə bıçaq zərbəsi vurub. Ş.Qasımov qanitirmədən dünyasını dəyişib.
***
22.36
İyulun 11- də saat 21 radələrində Abşeron rayonu Novxanı kəndində 1977-ci il təvəllüdlü Qasımov Şahlar Müseyib oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən Lent.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunan 1980-ci il təvəllüdlü Əliyev Cavanşir Əli oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
İlkin məlumata görə cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.