Sərxoş kişi müğənninin otağına  girdi
08 iyul 2023 18:49 (UTC +04:00)

Sərxoş kişi müğənninin otağına girdi

0

Yakutskda sərxoş kişi müğənni Viktoriya Daineko səhər yeməyi zamanı onun otel otağına daxil olaraq orada pivə içib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, Dainekonun sözlərinə görə, səhər saatlarında otağında bir şüşə yarımçıq pivə, bir stəkan və çanta tapıb. Sonuncu şey ona gecə qonağının kim olduğunu müəyyən etməyə kömək edib. Məhz bu çanta onun konsertinin təşkilatçı köməkçisinin əlində idi. Məlum olub ki, kişi qəbulda onun otağının açarını istəyib və həddindən artıq sərxoş vəziyyətdə mənzilə daxil olub.

Daineko polisə ifadə yazıb. Həmin kişi və otel işçisi işdən çıxarılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2750

Oxşar yazılar