Neftçalada sakini qar suyu ilə dolmuş gölməçədə boğulub.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə axşam saatlarında rayonun Həsənabad qəsəbəsində baş verib.
Qəsəbə sakini, 49 yaşlı Qasımov Müseyib Rasim oğlu gölməçəyə yıxılıb və boğularaq ölüb. İlkin məlumata görə, o, sərxoş olub.
Faktla bağlı araşdırma aparılır.