Türkiyədə sərnişin avtobusu aşıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Aksaray-Ankara yolunda Acıpınar kəndinin girişində baş verib. Avtobus idarəetmədən çıxaraq aşıb.
Nəticədə ilkin məlumata görə, 6 nəfər ölüb, 20 nəfər isə yaralanıb.
Araşdırma aparılır.