Sankt-Peterburqda 22 yaşlı qız yeni tanışı ilə bir gecədən sonra xəstəxanaya düşərək zorlandığını polisə bildirib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə iyulun 8-nə keçən gecə şəhərin Admiralteisky rayonundakı evlərdən birinin mənzilində baş verib. Zərərçəkmiş bir müddət əvvəl tanış olduğu 41 yaşlı sənaye alpinistini ittiham edib.
İyulun 9-da axşam saatlarında qız təcili yardım çağırıb və xəstəxanaya yerləşdirilib. Həkimlər xəstədən döyülmələri çıxarıb və onun zorlamadan sonrakı vəziyyətini qeydə alıblar. Zərərçəkmiş xəstəxanadan çıxanda dərhal polisə müraciət edib.
Kalininski rayon sakini hadisəni daxili işlər orqanlarının əməkdaşlarına ətraflı izah edib. Bunun sayəsində şübhəli şəxs iyulun 10-da axşam Liqovski prospektində saxlanılıb. O, “Zorlama” maddəsi ilə ittiham olunub.