Şəmkirdə minik avtomobili aşıb: 1 nəfər ölüb,  3 nəfər xəsarət alıb
09 iyul 2025 08:25 (UTC +04:00)

Şəmkirdə minik avtomobili aşıb: 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, qəza rayonun Şiştəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, Şəmkir şəhər sakini, 1992-ci il təvəllüdlü A.Atakişizadə idarə etdiyi "KIA" markalı minik avtomobili ilə hərəkətdə olarkən sükan arxasında idarəetməni itirib və nəticədə avtomobil aşıb.

Qəza zamanı sürücü və avtomobildə olan sərnişinlər - Şiştəpə kənd sakinləri, 1993-cü il təvəllüdlü O.Atakişiyev, 1993-cü il təvəllüdlü C.İbadullayev və 1968-ci il təvəllüdlü N.Atakişiyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Xəstəxanaya yerləşdirilən yaralılardan biri, 1968-ci il təvəllüdlü İ.Atakişiyev aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 516

Oxşar yazılar