Müdafiə Nazirliyi Şəmkir rayonu və ətraf ərazilərdə eşidilən partlayış səsləri ilə bağlı məlumat yayıb.
Nazirlikdən Lent.az-a verilən xəbərə görə. Azərbaycan Ordusunun bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının Seyfəli poliqonunda utilizasiyasını davam etdirir.
Bildirilib ki, aparılan partlayış işləri ilə əlaqədar bir daha əhalini təşvişə düşməməyə çağırır və bildiririk ki, narahatlığa heç bir əsas yoxdur.