Şəmkirdə DƏHŞƏT:  qardaş əkiz qardaşını bıçaqladı -YENİLƏNİB
11 oktyabr 2026 10:31 (UTC +04:00)

Şəmkirdə DƏHŞƏT: qardaş əkiz qardaşını bıçaqladı -YENİLƏNİB

0

Şəmkirdə əkiz qardaşını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

APA-nın yerli bürosunun məlumatına görə, N.Quliyevi bıçaqlamaqda şübhəli bilinən 2008-ci il təvəllüdlü əkiz qardaşı X.Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə, qardaşlar arasında mübahisə bir-birinin otağına icazəsiz daxil olma səbəbindən yaranıb.

Faktla bağlı araşdırma davam etdirilir.

 

***

10:14

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, rayon sakini, 2008-ci il təvəllüdlü N.Quliyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Yaralı dərhal əməliyyat olunub. Onun vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, 18 yaşlı gənc aralarında yaranan mübahisə zamanı qardaşı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 407

Oxşar yazılar