Şəmkirdə intihar olub.
Lent.az-ın məlumatına görə, hadisə Yeniabad kəndində qeydə alınıb. Kənd sakini 32 yaşlı Namazov Bəhruz Mübariz oğlu noyabrın 27-də evdən çıxaraq, özünə məxsus bağ sahəsinə gedib. O, burada bir gün sonra özünü ağacdan asıb.
Məlumata görə, o, intihar etməzdən əvvəl məktub da yazıb. Onun hansı səbəbdən intihar etdiyi bilinmir.
Faktla bağlı araşdırma aparılır.