Omskda pedofil iki azyaşlı qıza təcavüz edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, Rusiya İstintaq Komitəsinin bölgə üzrə istintaq orqanlarının məlumatına görə, kişi cinayəti elə küçədə törədib.
Faktla bağlı cinayət işi başlanıb.
Əməliyyatçıların sözlərinə görə, iyulun 12-də axşam saatlarında 35 yaşlı işsiz Omsk vətəndaşı tanımadığı iki səkkiz yaşlı qızla görüşüb və onlara təcavüz edib. Hadisə barədə polisə yerli sakin məlumat verib.
Polis bir neçə gün ərzində şübhəli şəxsi müəyyən edib. O, yaşadığı ünvanda saxlanılıb.
Pedofilin həbsi məsələsi həll olunur. Onu 12 ildən 20 ilə qədər həbs gözləyir.