Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, hadisə fevralın 29-u saat 17:30-da Şəki şəhəri ərazisində qeydə alınıb.
Murad Əfəndiyev idarə etdiyi “Lada Priora” markalı avtomobil ilə yolu keçən piyada, 68 yaşlı Əntiqə Fətəliyevanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.