Noyabrın 7-si gecə saatlarında Şəki şəhəri M.Abbasov küçəsində yerləşən fərdi yaşayış evində yanğın baş verib.
Lent.az xəbər verir ki, yanğın zamanı evin konstruksiyaları tamamilə yanıb və ev sahibi , 1954- cü il təvəllüdlü Salmanova Ziyafət İdris qızının yanmış cəsədi aşkar edilib.
İlkin olaraq yanğının qaz sobasından baş verdiyi ehtimal edilir.