Şəkidə intihar baş verib.
Lent.az-ın məlumatına görə, hadisə rayonun Cəfərabad kəndində qeydə alınıb.
Kənd sakini, 41 yaşlı Zahir Fikrət oğlu Məmmədov yaşadığı evin həyətindəki turnikdən "jilka" ilə özünü asıb. İntiharın səbəbləri məlum deyil.
Məlumata görə, Zahir Məmmədov bir müddət əvvəl həyat yoldaşından ayrılıb.
Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır.